Azərbaycan yığmasının və Almaniyanın "Kayzerslautern" komandasının hücumçusu Mahir Emreli zədələnib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Kayzerslautern" klubunun rəsmi saytı yayıb.
Bildirilir ki, zədəsi səbəbindən Emrelinin adı 2-ci Bundesliqanın V turu çərçivəsində bu gün "Darmştadt"a qarşı keçirilən oyunun iştirak ərizəsinə daxil edilməyib.
28 yaşlı hücumçunun zədəsinin ciddi olub-olmaması barədə məlumat verilməyib.