Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mahir Şükürov: “Bakıya gəlməyə məcbur deyiləm, İstanbulda rahatam”
“İstanbuldayam. Evimdə dincəlirəm. Türkiyədə hamı necə karantin qaydalarına riayət edirsə, mən də elə edirəm”.
Oxu.Az xəbər verir ki, bunu milli komandamızın sabiq futbolçusu Mahir Şükürov bildirib.
O, İstanbuldakı karantin dövründən danışıb. 37 yaşlı keçmiş futbolçu bildirib ki, karantin rejimi ona çətinlik yaratmır:
“Biz futbolçular təlim-məşq toplanışları zamanı bazada və ya hoteldə qalmağa öyrəşmiş insanlarıq. Elə vaxt olurdu, məşqçilər deyirdi ki, bazadan çölə çıxmayın. Ona görə də karantin mənə çətinlik yaratmır. Əsas odur ki, insanların sağlamlığı yerində olsun. İnşallah, qalan hər şey düzələr”.
O, koronavirusa görə Bakıya gəlməkdə çətinlik çəkməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
“Türkiyədə mənim üçün rahatdır, şəraitim var. Ona görə də Bakıya gəlməyə məcbur deyiləm. Əsas odur ki, evdəkilərlə danışıram, hər şey yaxşıdır, problem yoxdur. Mətbuatda Bakıya gəlmək üçün hər dəfə hava limanından geri qayıtmağım, hotellərdə qalmağım yazılır, bunlar doğru deyil. Mən Bakıya gəlməyə tələsmirəm”.
Səbuhi Musayev
Rəylər