İrlandiyalı qarışıq döyüş sənətləri (MMA) ustası Konor Makqreqor yaşadığı uğursuzluğun öhdəsindən gələcəyinə və oktaqona qayıdacağına əmindir.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mən bu döyüşə o qədər hazır idim ki, baş verənlərə inana bilmirəm. Formada olmadığım barədə yayılan söhbətlər cəfəngiyatdır. Mən sakit, hazır və özümə əmin idim. Baş verənlərdən şokdayam. Mən bunun öhdəsindən gələcəyəm, yolumdan dönməyəcəyəm və geri qayıdacağam", - deyə Makqreqor vurğulayıb.

Xatırladaq ki, Makqreqor Las-Veqasda keçirilən Mütləq Döyüş Çempionatının (UFC) turnirində amerikalı Maks Holloueyə məğlub olub.
Qeyd edək ki, 37 yaşlı Konor Makqreqorun peşəkar MMA karyerasında 22 qələbəsi və 7 məğlubiyyəti var.