"Norwegian Air" aviaşirkəti DÇ-2026-nın 1/4 final mərhələsində İngiltərə və Norveç yığmaları arasında keçirilən oyundan əvvəl "British Airways" ilə bağladığı mərcin şərtlərini yerinə yetirib.
Oxu.Az xəbər verir ki, Norveç millisinin İngiltərəyə məğlub olmasından sonra aviaşirkət "Instagram" səhifəsindəki loqotipini Britaniya şirkətinin loqotipi ilə əvəzləyib.
* İngiltərə və Norveç aviaşirkətlərindən DÇ-2026 matçından əvvəl MARAQLI MƏRC
"Turnir bizim üçün başa çatsa da, bu matç həmişəlik qəlbimizdə qalacaq. "British Airways", yarımfinalda sizə uğurlar arzulayırıq və səmimi qəlbdən ümid edirik ki, kuboku evə gətirəcəksiniz!" - deyə "Norwegian Air"in paylaşımında qeyd olunub.

Xatırladaq ki, mərcin təşəbbüskarı Norveç şirkəti olub. Onlar sosial şəbəkədə uduzan tərəfin öz loqotipini bir günlüyə qalibin loqotipi ilə əvəzləməli olduğu bir mərc təklif etmişdilər. "British Airways" isə buna iddialı şəkildə: "Uda bilməyəcəyiniz mərcə girməyin", - deyə cavab vermişdi.
Xatırladaq ki, İngiltərə millisi əlavə vaxtda Norveçə 2:1 hesabı ilə qalib gəlib.