“Milan”ın texniki direktoru Paolo Maldini klubun hücumçusu Zlatan İbrahimoviçin vəziyyətini şərh edərək onun komandadakı yerini əvəz edə biləcək futbolçuların adını çəkib.
Bu barədə calciomercato.com saytı məlumat verib.
“İbrahimoviç çətinliklərlə üzləşir. Qəzəblidir, çünki meydançaya qayıtmağa yaxın idi. Bu dövrdə futbolçular arasında əzələ problemləri yayğın olur”, - deyə 53 yaşlı sabiq futbolçu qeyd edib.
P.Maldini Z.İbrahimoviçi əvəz etmək gücündə olan futbolçuların adına da aydınlıq gətirib.
“Bizim alternativlərimiz çoxdur: Leau, Rebiç, Kolombo, Daniel. İnandığımız bir sıra gənc oyunçular da var”, - deyə P. Maldini əminliklə vurğulayıb.