Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Mançester Siti” və “Tottenhem”dən qələbə - VİDEO
İngiltərə Premyer Liqasında 22-ci turun oyunları davam edir.
“Mançester Siti” ev oyununda “Börnli”ni məğlub edib - 3:1. Qarşılaşmada Xulio Alvares dublla (16, 22) yadda qalıb. Bu qələbə sayəsində xallarını 46-ya çatdıran “şəhərlilər” hazırda ikinci pillədədirlər. Qvardiolanın yetirmələrinin aktivində bir ehtiyat oyunu da var. “Bernli” isə cəmi 12 xal toplayıb və 19-cu yerdə qərarlaşıb.
“Tottenhem” ev matçında “Brentford”un öhdəsindən çətinlikdə gəlib. Qarşılaşma 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Hazırda Premyer Liqada keçirilən 22 matçdan sonra “Tottenhem” 43 xalla 4-cü yerdədir. “Brentford”un isə 21 matçdan sonra 22 xalı var və komanda 15-ci yerdə qərarlaşıb.