"Mançester Yunayted" klubu Maykl Kerrikin komandanın baş məşqçisi postuna rəsmən təsdiqləndiyini elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qırmızı şeytanlar" gələn mövsüm də Kerrikin komandaya rəhbərlik edəcəyini bildiriblər. Tərəflər arasında yeni müqavilə imzalanıb və bu sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub.
Xatırladaq ki, Kerrik Ruben Amorimin istefasından sonra, yanvarın 13-də "Mançester Yunayted"in sükanı arxasına keçmişdi. Onun baş məşqçi kimi ilk iş müqaviləsi 2026-cı ilin yayına qədər hesablanmışdı. 44 yaşlı mütəxəssisin rəhbərliyi altında mankunianlar İngiltərə çempionatında keçirdikləri 15 oyunda 10 qələbə qazanaraq, növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə əldə ediblər.