"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqası tarixində 100 oyuna çıxan ən gənc futbolçu unvanına sahib olub.
Oxu.Az bu barədə RBC-ya istinadən xəbər verir.
27 yaşlı Mbappe Çempionlar Liqasının ümumi mərhələsinin II turu çərçivəsində "Roma"ya qarşı səfər matçında "Real"ın əsas heyətində meydançaya çıxıb.
Onun oyuna çıxdığı an yaşı 27 yaş 298 gün təşkil edib ki, bu da turnirin yeni rekordu hesab olunur. Əvvəlki göstərici argentinalı ulduz Lionel Messiyə məxsus idi. Messi Çempionlar Liqasında 100-cü oyununu 2015-ci ilin sentyabrında - 28 yaş 84 günlüyündə keçirmişdi.
Diqqətçəkən məqamlardan biri də odur ki, Messi yubiley oyununu məhz "Roma"ya qarşı keçirmişdi və indi Mbappe eyni rəqiblə görüşdə onun rekordunu yeniləyib.