Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Məhəmməd Salah İngiltərə Premyer Liqasında rekorda imza atdı
"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, 32 yaşlı hücumçu buna XIX turda "Aston Villa" ilə oyunda fərqlənməklə nail olub.
Misirli forvard turnir tarixində bir mövsümdə səfər matçlarında ən çox qol vuran oyunçu adına sahib çıxıb. Səfər qarşılaşmalarında 15 dəfə rəqib qapılarına yol tapan Salah "Liverpul"un sabiq oyunçusu Luis Suaresin 2013/14 mövsümünə təsadüf edən uğurunu (14 qol) geridə qoyub.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 29 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.
"Məhəmməd Salah" teqi üzrə xəbərlər
- "Liverpul" türkiyəli hücumçu üçün İtaliya klubuna 80 milyon avro ödəməyə hazırdır
- Arsen Vergerə görə müasir futbolçulardan ən yaxşısı kimdir?
- "Qızıl top"un yeni favoriti açıqlandı: Salah liderliyi itirdi
- Məhəmməd Salahın meneceri futbolçunu "Barselona"ya təklif etdi
- "Liverpul" Məhəmməd Salaha əvəzedici tapdı
Ən çox oxunanlar