"İnter Mayami" MLS müntəzəm çempionatının növbəti turu çərçivəsində öz meydanında qəbul etdiyi "Atlanta Yunayted"i 4:0 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, ev sahiblərindən Lionel Messi matçda dubl və bir məhsuldar ötürmə ilə yadda qalıb.
"İnter Mayami"nin digər qollarını Alba və Luis Suares vurublar.
Qeyd edək ki, Messi MLS-də "İnter Mayami"nin heyətində 27 görüşdə 26 qol vurub.