Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində İsveçrə yığmasının qapısına yol tapa bilməyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, matç Argentina millisinin 3:1 hesablı qələbəsi ilə başa çatsa da, bu oyun Messinin dünya çempionatları tarixindəki iki rekord seriyasını dayandırıb.
Belə ki, Messi qol vurduğu doqquzoyunluq seriyasını dayandırıb. Bu seriya 2022-ci il dünya çempionatının 1/8 final mərhələsindən bəri davam edirdi və bu müddət ərzində ulduz futbolçu ümumilikdə 13 qol vurmuşdu.
Eyni zamanda, argentinalı hücumçunun pley-off mərhələsində ardıcıl altı matçda qol vurmaq seriyası da başa çatıb. O, 2022-ci il dünya çempionatının dörd pley-off oyununda və 2026-cı il mundialının iki matçında rəqib qapılarına yol tapmışdı.