“Milan”ın və Fransa millisinin müdafiəçisi Teo Ernandes iti ilə bağlı insidentlə əlaqədar məhkəmə qarşısına çıxarıla bilər.
Belə ki, futbolçunun pitbul cinsinnə məxsus dördayaqlı dostu yaşlı qadının itini öldürüb.
Ernandezin iti ön darvaza açıq qaldıqdan sonra evdən çölə qaçıb və 74 yaşlı qadının gəzdirdiyi pinçer cinsindən olan iti dişləyərək öldürüb.
Qadın itini xilas etmək istəyərkən pitbul da onun üzərinə də atılıb. Qadının qardaşı qızı, bibisinin şok keçirərək xəstəxanaya yerləşdirildiyini və Ernandezə qarşı qanuni tədbir görmək niyyətində olduqlarını bildirib.
Qeyd edək ki, Teo bir müddət əvvəl “Milan”la müqaviləsini uzadıb. 24 yaşlı futbolçunun İtaliya klubu ilə yeni müqaviləsi 2026-cı ilə kimi nəzərdə tutulub.
Mənbə: championat.ru