Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Millimiz dünya çempionatında Rusiyaya uduzdu
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, millimiz III tur çərçivəsində bu gün Rusiya yığması ilə qarşılaşıb.
Oyun rəqibin qələbəsi ilə başa çatıb – 3:0 (25:21, 25:21, 25:22).
Oyunun ən məhsuldar voleybolçusu millimizin üzvü Polina Rəhimova olub. O, 19 xal toplayıb.
Bu, Azərbaycan yığmasının dünya çempionatında ikinci məğlubiyyəti olub. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv ilk turda ABŞ-a da eyni hesabla uduzub. Ötən tur isə Cənubi Koreya üzərində qələbə qazanmaq mümkün olub - 3:1.
Bu qələbədən sonra xallarını səkkizə çatdıran Rusiya C qrupunda liderliyə yüksəlib. Azərbaycan isə üç xalla IV sıradadır. Qrupda turun digər matçlarında Trinidad və Tobaqo Tailandla, ABŞ Cənubi Koreya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi sabah Trinidad və Tobaqo ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 08:40-da başlayacaq.
S.M.
www.oxu.az