Azərbaycanın tamblinq üzrə millisi Çinin Nankin şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət yığmamız uğurlu çıxış edib.
Final mərhələsində inamlı çıxış edən idmançılarımız dünya çempionu titulunu qoruyublar.
Beləliklə, Azərbaycan millisi üçüncü dəfə dünya çempionu adını qazanıb.
Qaynar xətt:
(055) 224 12 12