Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyada keçirilən Dünya Kuboku seriyalarının qalibi olublar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, Maqsud Mahsudov və Selcan Mahsudova qarışıq sinxron proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə kişi sinxron proqramında Dünya Kuboku seriyalarının qalibi adını qazanıblar. İdmançılar mövsüm ərzində nümayiş etdirdikləri sabit nəticələrlə bu uğura nail olublar.
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, fərdi proqramda çıxış edən Selcan Mahsudova 55.540 xal toplayaraq qızıl medalın sahibi olub.