Bakıda 21 yaşlı kişi bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.
Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı şəraitdə baş verdiyi və xəsarətin kim tərəfindən yetirildiyi hələlik məlum deyil.
Əməli törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12