Naxçıvanda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, beş nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Topçubaşov küçəsində qeydə alınıb.
Məlumata görə, "Hyundai", "Audi" və iki KIA markalı avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Aysel Zeynalova, 1961-ci il təvəllüdlü Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və 2008-ci il təvəllüdlü Ülvi Quliyev xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Amal Salmanlı
