Millimizin futbolçusu Ramil Şeydayev MMA döyüşçüsü Həbib Nurməhəmmədova dəstək verib.
Oxu.Az xəbər verir ki, Rusiya doğumlu olan hücumçumuz dağıstanlı idmançıya Timati iə mübahisəsi zamanı haqq qazandırıb.
.jpg)
Qeyd edək ki, rusiyalı müğənni Yeqor Krid Şimali Qafqazda konsert vermək istəmiş, lakin Həbib Nurməhəmmədov onu buna görə tənqid etmişdi. Sonradan sentyabrın 9-da nəzərdə tutulmuş həmin konsert proqramı ləğv olunmuşdu. Timati isə bu məsələdə Nurməhəmmədovu günahlandırmışdı.
Xatırladaq ki, Yeqor Krid və Timati iyulda Bakıda konsert veriblər.
Səbuhi MUSAYEV
www.oxu.az