Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dağıstanlılar Yeqor Kridi zorlamaqla hədələdilər
Rusiyalı müğənni Yeqor Krid təhdidlərə məruz qalıb. Buna səbəb onun Mahaçqalada planlaşdırılan konserti olub. Bəzi şəxslər ondan konsertin təxirə salınmasını istəyiblər.
Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, təhdidlər ifaçının “Instagram” hesabındakı paylaşımlarının şərh bölümünə yazılıb.
“Dağıstana gəlmə, burada səni sevmirlər. Öz yaradıcılığını başqa regionlarda göstər, bizə sən lazım deyilsən!”, – istifadəçilərdən biri yazıb.
Bəzi istifadəçilər onu ölüm və zorlamaqla hədələyiblər.
Kridin fanatlarının əksəriyyəti onun tərəfində dayanıblar. “Yeqor, boş təhdidlərə fikir vermə, biz səni gözləyirik!”, – ifaçının fanatlarından biri fikirlərini bildirib.
Yeqor Kridin konserti sentyabrın 9-da keçiriləcək.
Rəylər