Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dünya çempionatı: Milli Gimnastika Arenasında I turun oyunlarına yekun vurulub
Serbiya millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında İsrail yığmasını məğlub edib.
Oxu.Az xəbər verir ki, H qrupunun oyunu Milli Gimnastika Arenasında baş tutub.
Çempionatın ikinci gününün son qarşılaşması serblərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Gürcüstan millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında BƏƏ yığmasını məğlub edib.
Oxu.Az xəbər verir ki, G qrupunun oyunu Milli Gimnastika Arenasında baş tutub.
Çempionatın ikinci gününün yeddinci qarşılaşması avropalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Bosniya və Herseqovina ABŞ yığmasına qalib gəlib.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan F qrupunun matçında avropalılar 3:2 hesablı qələbəyə seviniblər.
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Qazaxıstan və Polşa yığmaları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan F qrupunun matçında polşalılar 2:1 hesablı qələbəyə seviniblər.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında növbəti görüş baş tutub.
Oxu.Az xəbər verir ki, G qrupunun oyununda Çexiya yığması Argentinanı məğlub edib.
Milli Gimnastika Arenasında keçirilən görüş Çexiyanın 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta-Rikanı (1:0) məğlub edib. Monteneqro - Tailand matçında heç-heçə qeydə alınıb - 1:1.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir qarşılaşma baş tutub.
Oxu.Az xəbər verir ki, E qrupunun oyununda Tailand yığması Monteneqro ilə heç-heçəyə razılaşıb.
Milli Gimnastika Arenasında keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta-Rikanı (1:0) məğlub edib.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç baş tutub.
Oxu.Az xəbər verir ki, E qrupunun oyununda İndoneziya yığması Kosta-Rika ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında keçirilən oyun İndoneziya millisinin qələbəsi ilə nəticələnib - 1:0.
Qeyd edək ki, bu gün baş tutan digər görüşdə H qrupunda İspaniya seçməsi Qananı məğlub edib - 3:0.
İspaniya millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında Qana yığmasını məğlub edib.
Oxu.Az xəbər verir ki, H qrupunun oyunu Milli Gimnastika Arenasında baş tutub.
Yarışın ikinci gününün ilk qarşılaşması avropalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün daha yeddi qarşılaşma baş tutacaq.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının ikinci günündə daha 8 qarşılaşma baş tutacaq.
Oxu.Az xəbər verir ki, matçlar Milli Gimnastika Arenasında keçiriləcək.
Yarışın ikinci gününə Qana - İspaniya oyunu ilə start veriləcək.
Dünya çempionatı
Qrup mərhələsi
I tur
22 may
E qrupu
14:00. İndoneziya - Kosta Rika
15:15. Monteneqro - Tailand
F qrupu
18:15. Qazaxıstan - Polşa
19:30. ABŞ - Bosniya və Herseqovina
G qrupu
16:30. Çexiya - Argentina
20:45. Gürcüstan - BƏƏ
H qrupu
12:45. Qana - İspaniya
22:00. Serbiya - İsrail
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
"Minifutbol üzrə dünya çempionatı 2025" teqi üzrə xəbərlər
- Minifutbol millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
- Ağaseyid Qasımov: "Bizi aşağı çəkməyə çalışan insanları bizdən saymıram"
- Elvin Əlizadə: "Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi"
- Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
- Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində