Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Braziliyada bloqer qadın canlı yayım zamanı bıçaqlandı
Braziliyada Luna Abrao adlı bloqer qadın abunəçiləri üçün açdığı canlı yayım zamanı bıçaqlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mirror" nəşri məlumat verib.
Məlumata görə, o, sevgilisi Aleks Oliveyra tərəfindən vəhşicəsinə döyülüb və bir neçə dəfə bıçaqlanıb. Münaqişə qadının ona ayrılmaq istədiyini deməsindən sonra başlayıb.
Hadisəni izləyən abunəçilər qan itirən və ağrıdan qışqıran qadına kömək etmək üçün təşviş içində xilasetmə xidmətinə zəng ediblər. Luna təcili olaraq San-Pauludakı xəstəxanalardan birinə çatdırılıb və dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti ağırdır.
Polis hələ də azadlıqda olan Oliveyranın axtarışlarını davam etdirir. Zərərçəkən xəstəxanadan fotoşəkillər paylaşmağa davam edir, aldığı hədiyyələri və tez sağalması ilə bağlı diləklərin ifadə olunduğu kartları nümayiş etdirir. O həmçinin zorakılığın nəticələri barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə aldığı yaraların görüntülərini də paylaşır.