Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Zirə"nin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Görüşdəki yeganə qolu 37-ci dəqiqədə Brahim Konate vurub.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Bakı klubu üçüncü pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 14 xalla altıncıdır.
Günün ilk görüşündə "Sabah" "Araz-Naxçıvan"la heç-heçə edib - 2:2.
Qeyd edək ki, ötən gün "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" isə "Kəpəz"i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.
"Sabah" Misli Premyer Liqasında heç-heçə edib.
Oxu.Az bildirir ki, paytaxt təmsilçisi IX turda "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
"Bayquşlar"ın heyətində 54-cü dəqiqədə Stiv Solvet, 73-cü dəqiqədə Coy Lens Mikels (penalti) fərqləniblər. Naxçıvan klubunun qollarına 58-ci dəqiqədə İssuf Paro, 90+8-ci dəqiqədə Simakala imza atıb.
Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "bayquşlar" dördüncü, 16 xalı olan "Araz-Naxçıvan" üçüncü sıradadır.
Günün digər görüşündə "Zirə" "Sumqayıt"ı qəbul edəcək.
Qeyd edək ki, ötən gün "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" isə "Kəpəz"i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.
Misli Premyer Liqasında IX turun daha iki oyunu bu gün keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Sabah"la üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək. Naxçıvan təmsilçisi 15 xalla üçüncü, Bakı klubu 14 xalla dördüncü sıradadır.
Günün ikinci görüşündə "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Meydan sahibləri 13 xalla altıncı, qonaqlar 14 xalla beşinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, IX tur
25 oktyabr
16:00. "Araz-Naxçıvan" - "Sabah"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Liv Bona Dea Arena".
18:30. "Zirə" - "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, ötən gün "Turan Tovuz" klubu "Karvan-Yevlax"ı (2:1), "İmişli" isə "Kəpəz"i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.