Rusiya Futbol Federasiyasının Nəzarət və İntizam Komitəsi "Torpedo" klubunun Premyer Liqadan kənarlaşdırılması ilə bağlı qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, 2025/26 mövsümündə Premyer Liqada iştirak etməyəcək klub, həmçinin 5 milyon rubl (109 min manat) cərimələnib. "Torpedo"nun sahibi Leonid Sobolev 5, klubun baş direktoru Valeri Skorodumov isə 10 il müddətinə futboldan uzaqlaşdırılıblar.
Qeyd edək ki, Rusiya klubunun rəhbərliyi hakimlərə rüşvət verməkdə ittiham olunurdu. Ölkə çempionatının başlamasına 8 gün qalsa da, "Torpedo"nu əvəzləyəcək klub hələlik müəyyənləşməyib.