Futbol üzrə dünya çempionatında qrup mərhələsinin həlledici - üçüncü turun oyunları davam edir.
Oxu.Az xəbər verir ki, qrup mərhələsinin sonuncu turu azarkeşlərə bir-birindən maraqlı qarşılaşmalar vəd edir.
I qrupun həlledici görüşlərində Norveç Fransa ilə, Seneqal isə İraqla üz-üzə gələcək. Hər iki matçın start fiti bu gün Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Geridə qalan iki turdan sonra I qrupuna 6 xalla Fransa və Norveç milliləri liderlik edirlər. Seneqal və İraq isə hələ ki xal qazana bilməyiblər və müvafiq olaraq üçüncü və dördüncü yerdədirlər.
H qrupunun qarşılaşmalarında isə Kabo-Verde Səudiyyə Ərəbistanı ilə, Uruqvay isə İspaniya ilə üz-üzə gələcək. Hər iki görüş iyunun 27-i Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.
Hazırda H qrupunda vəziyyət belədir: 4 xal toplayan İspaniya millisi birinci, aktivində 2 xal olan Uruqvay və Kabo-Verde isə ikinci və üçüncü sıradadırlar. Səudiyyə Ərəbistanı isə 1 xalla sonuncu yerdədir.
G qrupunda iyunun 27-i saat 07:00-da Misir İranla, Yeni Zelandiya isə Belçika ilə mühüm xallar uğrunda yaşıl meydanda gücünü sınayacaq.
G qrupunun turnir cədvəlində Misir 4 xalla vahid liderdir. İran və Belçika hərəyə 2 xalla ikinci və üçüncü yerləri tutur, Yeni Zelandiya yığması isə qrupun autsayderidir və aktivində 1 xal var.
Dünya çempionatı
III tur
26 iyun
I qrupu
23:00. Norveç - Fransa;
23:00. Seneqal - İraq.
27 iyun
H qrupu
04:00. Kabo-Verde - Səudiyyə Ərəbistanı;
04:00. Uruqvay - İspaniya.
G qrupu
27 iyun
07:00. Misir - İran;
07:00. Yeni Zelandiya - Belçika.
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.