Braziliya yığmasının futbolçusu Neymar ayağından zədə alıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, futbolçu Braziliya-Çili oyunundan əvvəl zədələnib.
Həkimlər onun zədəsinin elə də ciddi olmadığını deyir. Baş məşqçi Luis Felipe Skolari bildirib ki, Neymar Braziliya-Kolumbiya oyununa kimi sağalacaq: "Biz Neymarın Kolumbiya yığması ilə oyunda meydana çıxması üçün əlimizdən gələni edəcəyik. Hələ çox vaxtımız var. Ona qədər Neymar sağalacaq".
Qeyd edək ki, iyulun 5-də Braziliya millisi 1/4 finalda Kolumbiya yığması ilə qarşılaşacaq.
Neymar Braziliyada keçirilən futbol üzrə dünya çempionatında 4 oyuna 4 qol vurub.