Niderland şahmatçısı Aniş Qiri norveçli dünya çempionu Maqnus Karlsenə söz atıb.
Oxu.Az xəbər verir ki, Rusiya doğumlu, anası rus, atası Nepaldan olan şahmatçı Çempionlar Turunun dördüncü mərhələsi olan “Magnus Invitational”ın təşkilatçılarının yalanını üzə çıxarıb.
Təşkilatçılar iki şahmatçının – ispaniyalı David Anton və Aniş Qirinin keçirilən sorğunun qalibləri kimi 13-22 martda keçiriləcək yarışda iştirak edəcəyini açıqlayıb.
Lakin 26 yaşlı qrossmeyster “Twitter” paylaşımında Karlsenin şəxsən onu dəvət etdiyini, heç bir səsvermədə iştirak etmədiyini bildirib:
“Səs verilib”. Çünki kimsə mənə şəxsən öz yarışına dəvət göndərdiyini etiraf etməyə çox utanır”.
"Voted in", because somebody is too shy to admit he personally invited me to his party?
— Anish Giri (@anishgiri) March 9, 2021
How cute. 💙😅 #ChessChamps #MagnusInvitational #bromance https://t.co/Vs6Wt6WoLO
Qeyd edək ki, 16 şahmatçının mübarizə aparacağı, mükafat fondu 220 min dollar olan bu mərhələ yarışında Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov da iştirak edəcək.
Səbuhi Musayev