Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Olimpiadada Azərbaycan daha bir qızıl medal qazandı
Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Olimpiya Oyunlarında Azərbaycan daha bir qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, qrup üzrə lent yarışlarında bədii gimnastımız Yelizaveta Luzan komanda hesabında I yeri tutub.
Olimpiya Oyunlarının yeni formatına əsasən gimnastika növləri üzrə təmsilçilər yalnız fərdi hesabda mübarizə aparmırlar. Bu dəfə onlar ulduz gimnastların adlarını daşıyan 12 komandaya bölünüb.
Məhz elə birinciliyi əldə edən dördqat Olimpiya çempionu Simona Baylzın komandasında bizim gimnastla bərabər idman gimnastikası, bədii gimnastika, batut və akrobatika növləri üzrə gimnastlar yer alıb. Onlar fərdi çıxışlarına görə əldə etdikləri xal hesabı ilə komandalarına qızıl medalı qazandırıblar.
Qeyd edək ki, bundan əvvəl cüdoda Vüqar Talıbov qızıl və taekvondoda Cavad Ağayev bürünc medal qazanmışdı.
Səbuhi MUSAYEV
www.oxu.az
"Argentina" teqi üzrə xəbərlər
- Dünya Çempionatının seçmə mərhələsi: Argentina Paraqvayla görüşdə qalib gələ bilməyib
- Nobel mükafatı laureatı Argentinanı gözləyən fəlakət barədə xəbərdarlıq etdi
- Argentina məhkəməsi Venesuela prezidentini İnterpol vasitəsilə beynəlxalq axtarışa verib
- Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verdi
- Argentina BCM-dən Maduronun həbsinə order verilməsini tələb edir
Rəylər