Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsində mübarizəni dayandırıb
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.
Finişə 7 dəqiqə 53,76 saniyəyə çatan Dımçenko ilk üçlüyə düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub.
O, altı idmançı arasında dördüncü yeri tutub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazandı
- "Əsas bayram yarışlarda qalib gələrkən olur" - Çempionlarımızdan Novruz təbriki
- Azərbaycanlı taekvondoçu dünya reytinqindəki yerini qorudu
- Əli İsmayılovdan boks millisinə SƏRT TƏNQİD: "Belə davam edə bilməz, məşqçi dəyişməlidir"
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
Ən çox oxunanlar