"Çox ağır oyun oldu. Avropada hər mərhələni adlamaq böyük uğurdur".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Estoniyanın "Payde" klubunun baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə keçirilən cavab oyunundan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
"Meydanda sonadək mübarizə apardıq və komanda olaraq birlik nümayiş etdirdik. Qapıçımız və müdafiəçilərimiz çox yaxşı çıxış etdilər. "Zirə"nin çoxlu qol imkanları oldu. Amma bu, futboldur, hər hücum qol olmur", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, "Payde" iki oyunun ümumi nəticəsinə əsasən "Zirə"ni 2:1 hesabı ilə məğlub edərək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.