UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyununda ilk qol vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi hesabda irəli çıxıb - 1:0.
13-cü dəqiqədə Breno Almeyda fərqlənib.
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşləri davam edir.
Oxu.Az xəbər verir ki, "Neftçi" "Dinamo Minsk"lə cavab qarşılaşmasına çıxır.
Bolqarıstanın Stara-Zaqora şəhərinin "Beroye" stadionunda keçirilən görüş başlayıb.
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk qarşılaşmada "Neftçi" öz meydanında 2:4 hesabı ilə məğlub olub.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələcək "Neftçi" və Belarusun "Dinamo" (Minsk) komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da Stara Zaqora şəhərində yerləşən "Beroe" stadionunda start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Dinamo": 1. İvan Şimakoviç, 44. Qleb Qurban, 12. Aleksey İvanov, 26. Vlaadislav Kalinin, 25. Abdul Aziz Ture, 8. Aleksandr Selyava (k), 78. Artyom Sokolovski, 42. Favaz Abdullahi, 30. Mustafa Cimet, 7. Yevgeni Malaşeviç, 10. Karen Vardanyan.
Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 3. Maksim Şetsov, 5. Danil Duşkevski, 9. Andrey Lutskoviç, 11. Quljiqit Alikulov, 13. Vlaadislav Poloz, 19. Rayan-Eli Quibero, 23. Aleksey Zençko, 24. Aleksey Vakuliç, 27. Mixail Aleksandrov, 67. Roman Bequnov, 80. Leonard Qvet.
Baş məşqçi: Aleksandr Şaqoyko.
"Neftçi": 1. Emil Balayev, 3. Rüfət Abbasov, 17. Murad Xaçayev, 55. Endryu Qravilyon, 77. Mamadu Sako, 8. Emin Mahmudov (k), 18. İfeanyi Metyu, 20. Qustavo Klisman, 11. İmad Faraj, 33. Breno Almeyda, 29. Lyubomir Tupta.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 5. İqor Ribeyro, 6. Sessi D`Alemyda, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 19. Ağadadaş Salyanski, 24. Mustafa Sek, 82. Məhəmməd Məmmədli, 97. Bassala Sambu.
Baş məşqçi: Yuri Vernidub.
Qeyd edək ki, Bakıda keçirilmiş ilk oyunda "Neftçi" "Dinamo"ya 2:4 hesabı ilə uduzub. Bu cütün qalibi III təsnifat mərhələsində "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə üz-üzə gələcək.