"Neftçi" UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.
Oxu.Az xəbər verir ki, "ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Belarusun "Dinamo" (Minsk) komandasını qəbul edib.
"Palms Sports Arena"dakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:4.
2-ci dəqiqədə Azərbaycan təmsilçisinin kapitanı Emin Mahmudov hesabı açıb. 8-ci dəqiqədə qonaqlardan Aleksandr Selyava avtoqol müəllifi olub.
Minsk komandasında qolları 36 və 57-ci dəqiqələrdə Karen Vardanyan, 47-ci dəqiqədə Yevgeni Malaşeviç, 77-ci dəqiqədə Gulzigit Alykulov (pen.) vurublar.
Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.
"Neftçi" - "Dinamo" (Minsk) oyununda altıncı qol vurulub.
Oxu.Az xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:4.
77-ci dəqiqədə Gulzigit Alykulov kobud oyuna görə penalti zərbəsi yerinə yetirib. Qapıçı Rza Cəfərov onun vuruşunu dəf etsə də, Alykulov ikinci cəhddə qapını dəqiq nişan alıb.
Oyunda beşinci qol vurulub.
Oxu.Az xəbər verir ki, qonaqlar hesabda önə keçiblər - 2:3.
57-ci dəqiqədə Karen Vardanyan dubl müəllifi olub.
Rəqib komanda hesabı bərabərləşdirib.
Oxu.Az xəbər verir ki, qonaqların heyətində 47-ci dəqiqədə Yevgeni Malaşeviç fərqlənib - 2:2.
Matçda növbəti qol vurulub.
Oxu.Az xəbər verir ki, rəqib hesab arasındakı fərqi azaldıb - 2:1.
36-cı dəqiqədə Karen Vardanyan fərqlənib.
"Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci topu rəqibin qapısından keçirib - 2:0.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda hesab açılıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci dəqiqədə hesabı açıb.
Komandanın kapitanı Emin Mahmudov fərqlənib.
Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz "Neftçi" klubu mübarizəyə başlayıb.
Oxu.Az xəbər verir ki, Bakı klubu bu mərhələdə Belarusun "Dinamo Minsk" kollektivi ilə qarşılaşır.
Bakıdakı "Palms Sports Arena"da keçirilən oyun başlayıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda qarşılaşacaq "Neftçi" və Belarusun "Dinamo" (Minsk) komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar saat 20:00-da "Palms Sports Arena"da keçiriləcək matçda meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Neftçi": 1. Emil Balayev, 77. Falaye Sako, 55. Andrey Qravillon, 5. İqor Ribeyro, 24. Mustafa Sek, 20. Qustavo Klismann, 6. Sessi Dalmeyda, 8. Emin Mahmudov (k), 33. Breno Almeyda, 11. İmad Faraj, 29. Lubomir Tupta.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 3. Rüfət Abbasov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. İfeanyu Metyu, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 91. Ağadadaş Salyanski, 97. Bassala Sambu.
Baş məşqçi: Yuri Vernidub.
"Dinamo": 1. İvan Şimakoviç, 25. Abdul Aziz Ture, 26. Vladislav Kalinin, 12. Aleksey İvanov, 44. Qleb Qurban, 42. Favaz Abdullahi, 23. Aleksey Zençko, 8. Aleksandr Selvaya, 7. Yevgeni Malaşeviç, 30. Mustafa Djimet, 10. Karen Vardanyan.
Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 2. Matvey Dubatovka, 3. Maksim Şetsov, 5. Danil Duşevski, 9. Andrey Lutskoviç, 11. Quljigit Alikulov, 13. Vladislav Poloz, 19. Rayan-Eli Qibero, 24. Aleksey Valkuliç, 27. Mixail Aleksandrov, 78. Artyom Sokolovski, 80. Leonard Qvet.
Baş məşqçi: Aleksandr Şaqoyko.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Minskdə təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə üz-üzə gələcək.
Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz "Neftçi" klubu mübarizəyə başlayır.
Oxu.Az xəbər verir ki, Bakı klubu bu mərhələdə Belarusun "Dinamo Minsk" kollektivi ilə qarşılaşacaq.
Bakıdakı "Palms Sports Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu komandaların cavab oyunu iyulun 30-da Bolqarıstanda baş tutacaq.