Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.
“Report”un məlumatına görə, qapanış matçında “Qarabağ” növbəti qələbəsini qazanıb.
Ağdam təmsilçisi bu dəfə doğma meydanında “Kəpəz”i 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Oyunda hesabı 5-ci dəqiqədə Abdullah Zubir açıb. Gəncəlilər fasiləyə qədər status-kvonu bərpa etməyi bacarıblar. 29-cu dəqiqdə Yeqor Xvalko fərqlənib.
Ancaq “Kəpəz”in bundan artığına gücü çatmayıb. Əvvəlcə 58-ci dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. 9 dəqiqə sonra Leandro Andrade toru silkələyərək, matçda son nöqtəni qoyub.
Premyer Liqanın məğlubedilməz komandası “Qarabağ” bu qalibiyyət sayəsində xallarının sayını 77-yə çatdırıb və liderliyini bir qədər də möhkəmlədib. “Kəpəz” isə 25 xalla yeddinci pillədə qalıb.
Turun digər oyunlarında “Qəbələ” “Zirə”ni, “Səbail” “Sabah”ı evdə 2:1, “Neftçi” “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub edib, “Turan Tovuz”la “Şamaxı” birincilərin meydanında 1:1 hesablı bərabərə qalıblar.
Qeyd edək ki, Premyer Liqada XXX turun matçları aprelin 14-16-sı aralığında keçiriləcək.
19:02
Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
“Report”un məlumatına görə, “Turan Tovuz” doğma publika önündə “Şamaxı”nı qəbul edib.
Matça sürətli başlayan tovuzlular artıq 2-ci dəqiqədə Runi Evanın başla vurduğu qol sayəsində hesabı açıblar. Ancaq cəmi yeddi dəqiqə sonra qonaqlar bərabərlik topunu vurublar. Fuad Bayramovun iti bucaq altından zərbəsi dəqiq alınıb.
Bu, həm də qarşılaşmada son qol olub. Nəticədə matç 1:1 hesabı ilə yekunlaşıb və “Şamaxı” səfərdə rəqibi ilə heç-heçə edib.
Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “Turan Tovuz” aktivindəki xalların sayını 29-a çatdırıb. “Şamaxı” isə 21 xalla “Səbail”lə birlikdə son pilləni bölüşdürür.
Qeyd edək ki, turun digər oyunlarında “Qəbələ” “Zirə”ni, “Səbail” “Sabah”ı evdə 2:1, “Neftçi” “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub edib.
Son görüşdə bu gün “Qarabağ”la “Kəpəz” birincilərin meydanında qarşılaşırlar.