"Mançester Siti"də çıxış edən Kevin De Bruyneni transfer etmək istəyən "Qalatasaray"ın rəqibi Fransanın PSJ klubu olub.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, PSJ rəhbərliyi Kevin De Bruyne üçün tələb olunan bütün məbləği ödəməyə hazırdır.
Belçikalı ulduz özü də Avropada çıxış etmək istədiyindən PSJ ilə razılaşa bilər.
Qeyd edək ki, Kevin De Bruynenin "Mançester Siti" ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.