Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Delfinlərlə bağlı alimləri uzun illərdir düşündürən sirrin cavabı tapıldı
2013-cü ildə ABŞ-nin Florida ştatındakı Hindistan çayı laqununda faciə baş verib: afalinaların (burunlu delfinlərin) populyasiyasının 8 faizi məhv oub. Beynəlxalq alim qrupu çoxillik araşdırmalardan sonra bu fəlakətin səbəbini tapıblar.
Oxu.Az-ın məlumatına görə, tədqiqat "Frontiers in Marine Science" (FMS) jurnalında dərc edilib.
Bildirilir ki, delfinlərin kütləvi ölümünə səbəb fitoplanktonun çiçəklənməsi nəticəsində ekosistemin pozulması olub.
Fitoplankton - suyun üst qatında yaşayan və dənizlərdə, okeanlarda qida zəncirinin əsasını təşkil edən mikroskopik yosunlardır. Mülayim miqdarda onlar oksigen istehsal edərək və kiçik dəniz orqanizmləri üçün qida olaraq ekosistemin saxlanmasında mühüm rol oynayır. Lakin fitoplanktonun həddindən artıq böyüməsi dəniz bitkilərinin məhvi və bütün sistemin balansının pozulması kimi fəlakətli nəticələrə səbəb ola bilər.
"Biz delfinlərin ölümünü və zəifləməsini qida rasionunun dəyişməsindən sonra enerji istehlakının azalmasında görürük. Qida rasionundakı dəyişiklikləri isə fitoplanktonun intensiv və uzunmüddətli çiçəklənməsi nəticəsində məhv olan dəniz otları və yosunların yox olması ilə əlaqələndiririk", - deyə alimlər bildiriblər.
Müşahidələrə görə, 2013-cü ildə delfinlərin 64 faizi zəifləyibmiş. Onların 5 faizi son dərəcə ağır vəziyyətdə olub, ölənlərin ümumi sayı isə 77 fərd təşkil edib. Bu hadisə qeyri-adi kütləvi ölüm kimi təsnif edilib.
Alimlər vurğulayıblar ki, fitoplanktonun çiçəklənməsi ekosistemin təbii hissəsidir, lakin insan fəaliyyəti nəticəsində qida maddələrinin həddindən artıq daxil olması ilə əlaqədar olduqda dağıdıcı olur.
"Bu cür ekoloji fəlakətlərin qarşısını almaq üçün gübrələrin, çirkab sularının və digər çirkləndiricilərin su sistemlərinə daxil olmasını nəzarətdə saxlamaq lazımdır", - deyə ekspertlər bildiriblər.
"Delfinlər" teqi üzrə xəbərlər
- "Google" delfinlərin dilini öyrənəcək
- Kerç boğazında mazut sızıntısı nəticəsində 80-dən çox tələf olmuş delfin tapılıb
- Nəhəng boz delfin sürüsü alimləri öz davranışlarıyla heyrətləndirdi
- Mərmərə dənizində nadir görüntülər: Yetkin delfin bala delfini vuraraq öldürdü
- Alimlər həyəcan təbili çalırlar: Rusiya sahillərində delfinlərin kütləvi ölümü