İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin II turu çərçivəsində "Qalatasaray"la keçirilən oyundan sonra stadionun qapısı kilidlənən otaqlarının birində çıxılmaz vəziyyətdə qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" portalının jurnalisti Pol Ballus "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Bildirilir ki, almaniyalı mütəxəssis bağlı qapı arxasında qalıb. Arena əməkdaşları bir müddət otağın açarını tapa bilmədikləri üçün "Barselona"nın baş məşqçisi oyundan sonrakı mətbuat konfransına vaxtında qatıla bilməyib.
Qeyd edək ki, İstanbulda baş tutan qarşılaşma "Barselona"nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniya təmsilçiləri ÇL-in əsas mərhələsində hər iki oyununu qələbə ilə başa vurub. "Qalatasaray" isə iki turdan sonra xal toplaya bilməyib.