Türkiyə Super Liqasında XV tura start verilib.
İlk oyun günündə iki qarşılaşma baş tutub.
“Göztəpə” ilə “Fatih Karagümrük”ün qarşılaşmasında qalib müəyyənləşməyib, oyunda bərabərlik qeydə alınıb.
Abdullah Avcının gəlişindən sonra uğurlu seriya yaxalayan “Trabzonspor” çempionluğun daimi favoriti “Qalatasaray”ı qəbul edib. Cəzalı olduğu üçün Fatih Terimin iştirak edə bilmədiyi qarşılaşmada meydan sahiblərinin 7 oyunluq seriyasına son qoyulub. Abdullah Avcının komandası qonaqların iki cavabsız qoluna üzülüb.
“Qalatasaray” bu qələbə ilə liderliyə yüksəlib.
Turun digər oyunları dekabrın 27-28-də keçiriləcək.
Türkiyə Super Liqası
XV tur
26 dekabr
“Göztəpə” – “Fatih Karagümrük” – 1:1
Qollar: Ndiaye, 11 – Alparslan Ərdəm, 77
“Trabzonspor” – “Qalatasaray” – 0:2
Qollar: Arda Turan, 44, Oğulcan Çağlayan, 55