UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" (Almaniya) oyununun biletləri satışa çıxarılıb.
Bu barədə Oxu.Az-a klubdan məlumat verilib.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1 000 manatdır.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
