“Qarabağ” komandası daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Oxu.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Migel Madeyra ilə əməkdaşlığı davam etdirməyə qərar verib.
2015-ci ilin yayında “Qarabağ”a transfer olunan ispaniyalı yarımmüdafiəçi iki illik müqaviləyə qol çəkib.
Migel Madeyra Azərbaycan çempionunun heyətində 71 oyuna (49 Premyer Liqa, 10 Azərbaycan kuboku və 12 avrokubok) 15 qol ( 8 Premyer Liqa, 5 ölkə kuboku və 2 avrokubok) vurub.
Qeyd edək ki, “Qarabağ” bir müddət əvvəl Qara Qarayev, Əfran İsmayılov və Ansi Aqolli ilə yeni müqavilə imzalamışdı.
E.Ə.
www.oxu.az