Avrokuboklarda mübarizəni davam etdirən "Qarabağ" və "Zirə" uğurlu nəticə üçün transfer çalışmalarını davam etdirirlər.
Oxu.Az Avrokuboklarda çıxış edən komandaların transfer bazarındakı fəaliyyətini təqdim edir:
UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparan "Qarabağ":
Gələnlər: Fabiyan Buntiç ("Vizela", Portuqaliya), Musa Qurbanlı ("Yurqorden", İsveç), Sadiq Məmmədzadə ("Səbail"), Şahruddin Məhəmmədəliyev ("Adana Dəmirspor", Türkiyə), Mateuş Koxalski ("Stal Mielets", Polşa).
Gedənlər: Maksim Medvedev (karyerasını bitirib), Adama Diakabi ("Bandırmaspor", Türkiyə), Andrey Lunyov ("Dinamo Moskva", Rusiya), Nahid Quliyev ("Səbail").
Müqavilə müddətini artıranlar: Bəhlul Mustafazadə, Nəriman Axundov, Riçard Almeyda, Abdullah Zubir.
UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksələn "Zirə":
Gələnlər: Fuad Bayramov ("Şamaxı"), Aydın Bayramov ("Turan Tovuz"), Elçin Əlicanov ("Kəpəz"), Davit Volkov ("Sabah"), Junior Martins ("Kəpəz"), Ange Mutsinzi ("Jerv", Norveç), Georgi Papunaşvili ("Kəpəz").
Gedənlər: Vladislav Kulaç, İlkin Muradov ("Şamaxı"), Sezar Meza Kolli, Dimitrios Çantakias, Rəhim Sadıxov ("Sumqayıt").
Müqavilə müddətini artıranlar: Qismət Alıyev, Anar Nəzirov, Rüstəm Əhmədzadə (icarə, "Qarabağ"), İsmayıl İbrahimli (icarə, "Qarabağ").
Qeyd edək ki, hər iki komandanın baş məşqçisi transfer pəncərəsi bağlananadək yeni futbolçu axtarışlarını davam etdirəcəklərini bildirib.