Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Qarabağ" mövsümdə ilk dəfə uduzdu, 538 günlük seriyası qırıldı - VİDEO
Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib. Əvvəlcə “Şamaxı” və “Sumqayıt” birincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər. Matçda hesab açılmayıb.
Hazırda “Sumqayıt” 25 xalla 8-ci, “Şamaxı” 22 xalla 9-cu pillədədir.
Turun mərkəzi oyununda lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
“Sabah”ın heyətində Coy-Lens Mikels dubl edib, “Qarabağ”ın yeganə qoluna penaltidən Riçard Almeyda imza atıb.
Bu, “Qarabağ”ın mövsümdə ilk məğlubiyyəti olub. Ağdam klubu ümumən ölkə çempionatında 49 oyun idi, uduzmurdu. Komanda sonuncu dəfə 538 gün əvvəl - 2021-ci ilin 25 oktyabrında səfərdə “Səbail”ə 1:3 hesabı ilə məğlub olmuşdu.
“Qarabağ” hazırda 77 xalla vahid liderdir. “Sabah” xallarını 68-ə çatdırıb və ikinci pillədə mövqeyini möhkəmləndirib. Komanda 3-cü “Neftçi”ni 8 xal üstələyir.
"Ağdam" teqi üzrə xəbərlər
- Ağdamdan SON GÖRÜNTÜLƏR: Yaxın vaxtlarda üç kəndə qayıdış baş tutacaq
- İki nəfərə bıçaqla xəsarət yetirərək qaçan kollec tələbəsi saxlanılıb
- Ağdamda tikinti şirkətinin əməkdaşları QƏZAYA DÜŞDÜLƏR
- Ağdamda insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb
- Firudin Qurbanov: "STEAM Azərbaycan" layihəsi Laçın, Zabux və Şuşa məktəblərində baş tutacaq"