Gənclər və İdman Nazirliyi 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbir keçirib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, tədbirdə həmçinin Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə 2025-ci ilin ən yaxşılarını açıqlayıb.
Seçimlərin nəticələrinə əsasən ilin kişilərdən ibarət ən yaxşı klub komandası "Qarabağ" futbol klubu, ən yaxşı kişi məşqçi isə Qurban Qurbanov seçilib.