Bazar günü Çempionlar Liqasının “Qarabağ” – “Seltik” matçına biletlər satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, matçın ətrafında ajiotaj hökm sürür və möhtəkirlər bundan istifadə etməyə çalışaraq, Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından biletləri alıb qanunsuz satışa başlayıblar.
Bu səbəbdən “Qarabağ” kassalarda bilet satışını dayandırıb.
Möhtəkirlərlə hüquq-mühafizə orqanları məşğul olacaqlar.
Bu gün səhərdən arzu edənlər yenidən Respublika Stadionunun kassalarından bilet ala bilərlər.
Biletlərin qiyməti 1 - 50 manat civarında dəyişir. Matç avqustun 5-də baş tutacaq və 21:30-da başlayacaq.
F.H.
www.oxu.az