Çempionlar Liqasının III təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.
Oxu.Az-ın məlumatına görə, “Şerif” bu gün keçirilən cavab qarşılaşmasında Albaniya çempionu “Kukesi”yə 2:1 hesabı ilə uduzub.
Buna baxmayaraq, ilk görüşdəki minimal hesablı qələbə (1:0) Moldova təmsilçisinə növbəti mərhələyə keçməyə icazə verib.
“Qarabağ” və “Şerif” arasında ilk matç Bakıda 25-26 iyul tarixində, cavab qarşılaşması isə 1-2 avqustda Tiraspolda keçiriləcək.
S.B.
www.oxu.az