Suriya prezidenti Bəşər Əsədin 15 yaşlı oğlu Hafiz “O Globo” qəzetinə müsahibəsində ölkəsindəki vəziyyətdən danışıb.
Oxu.Az-ın xəbərinə görə, yeniyetmə bildirib ki, suriyalılar hökumət qüvvələrini işğalçılarla mübarizədə dəstəkləyirlər.
Hafiz Əsəd Bəşər Əsəd və Əsma əl-Əhrəsin üç oğlundan biridir.
“Mən burada yaşayıram və ölkəmdə baş verən bütün bu dəhşətləri görürəm. Xalq və hökumət işğalçılara qarşı birləşib”, - Həfiz Əsəd deyib.
“Atamın necə insan olduğunu bilirəm. İnsanlar onun hakimiyyəti barədə çox danışırlar. Bəziləri kordur... Onların dedikləri həqiqəti əks etdirmir”, - Suriya liderinin böyük oğlu atasının diktator adlandırılması ilə bağlı suala cavab verərkən bildirib.
S.B.
www.oxu.az