“Qarabağ” klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu səfərdə keçirəcək.
Oxu.Az xəbər verir ki, ağdamlıların İrlandiyanın “Dundalk” klubu ilə ilk oyunu iyulun 24-ü Bakı vaxtı ilə 22:45-də “Oriel Park” stadionunda baş tutacaq.
Cavab qarşılaşması isə iyulun 31-i Bakı vaxtı ilə 21:00-da “Dalğa Arena”da keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” Albaniyanın “Partizani” klubunu mübarizədən kənarlaşdırıb. İlk oyunda qolsuz heç-heçəyə razılaşan Ağdam təmsilçisi cavab qarşılaşmasında rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
Samir İsayev
Rəylər