Bu gün keçiriləcək futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun matçları təxirə salınmayacaq.
Oxu.Az xəbər verir ki, dörd matçın keçiriləcəyi stadionlar tam hazır vəziyyətə gətirilib.
Futbol oynamaq üçün hazır olan stadionlar: Qəbələ şəhər stadionu (“Qəbələ” – “Sumqayıt”), Zirə İdman Kompleksinin stadionunun (“Zirə” – “Neftçi”), “Bank Respublika Arena” (“Sabah” – “Keşlə”), “Azərsun Arena” (“Qarabağ” – “Səbail”),
Stadionlardan dünən yağan qarın təmizlənməsi prosesini təqdim edirik:
Həmin stadionların meydançalarının qar yağdıqdan sonrakı durumu və təmizlənməsindən sonrakı görüntülərini də təqdim edirik:
Qeyd edək ki, artıq “Qəbələ” – “Sumqayıt” matçı saat 15:00-da başlayıb və matçda hələ hesab açılmayıb.
Səbuhi Musayev