Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qurban Qurbanov: Bizim hər günümüz gərgin keçir
UEFA Avropa Liqasının V turu çərçivəsində “Qarabağ” Bakıda Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, görüşdən əvvəl Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:
“Çox istərdik ki, Bakıdakı son ev oyunumuzu qələbə ilə başa vuraq. Bildiyiniz kimi, rəqibdə baş məşqçi dəyişikliyi olub. Çalışacağıq ki, son ev oyunumuzda azarkeşlərə yaxşı oyun göstərək”.
Qurban Qurbanov “Sportinq”in bir neçə futbolçusunun gəlməməsinə belə münasibət bildirib:
“Sportinq” kimi klublarda bir neçə futbolçunun buraya gəlməməsi böyük önəm daşımır. Onların 23 yaşlı oyunçuları da perspektivli olur. Bu, güclü, tarixi olan klubdur. İnanmıram ki, bu amil oyunlarına təsir etsin. Zədəli İnosent Emeqaranın yerinə hücumda Araz Abdullayevin oynamaq ehtimalı yüksəkdir. Ancaq buna məşqdən sonra qərar verəcəyəm.
Rəşad Sadıqovun avrokuboklarda 100-cü oyuna çıxması bir azərbaycanlı futbolçu üçün müsbət haldır. Onun meydanda olması elə futbolçulara böyük motivasiyadır. Ancaq sabah onun da meydanda olması hələ dəqiq deyil”.
Təcrübəli çalışdırıcı daha sonra Millətlər Liqasından sonra necə bərpa olunması barədə verilən suala qısa olaraq belə cavab verib:
“Bizdə bərpa mövsüm başa çatdıqdan sonra olur. Bizim hər günümüz gərgin keçir”.
Qeyd edək ki, “Qarabağ” - “Sportinq” görüşü sabah saat 21:55-də başlayacaq.
Səbuhi MUSAYEV
www.oxu.az
"Ağdam" teqi üzrə xəbərlər
- Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
- Ağdamın bir kəndində 7 milyon manata qeyri-yaşayış binaları tikiləcək
- Ağdamda ağır xəstə özünü öldürdü
- Postmüharibə dövrü Ağdam: Minalar əvəzinə üzüm bağları
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR