"Qarabağ"ın futbolçuları Azərbaycan Kubokunun finalında yaxşı oyun keçiriblər".
Oxu.Az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis "Sabah"a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Rəqibi təbrik edirəm. Avrokuboklarda onlara uğurlar arzulayıram. Futbolçularımın hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Əllərindən gələn hər şeyi etdilər".
Anar Həsənov