"Mən Azərbaycandayam. Bu qədər azarkeş qarşısında uduza bilməzdim. Azərbaycan qalib xalqdır".
Oxu.Az xəbər verir ki, bunu Bakıda ilk dəfə təşkil edilən "UFC Fight Night" turnirində çilili güclü rəqibi İqnasio Bahamondes üzərində qələbə qazanan təmsilçimiz Rafael Fiziyev deyib.
"Azərbaycan xalqı xoşbəxt yaşamağı haqq edir və hər zaman buna qadir xalqdır", - deyə o bildirib.
Əsas kartda döyüşə çıxan Fiziyev oktaqonda təri soyumamış növbəti rəqibinin kim olması ilə bağlı ona ünvanlanan suala belə cavab verib: "Mən raket kimi bir insanam, məni hətta Aya da yollaya bilərsiniz".
Təhməz Əsədov