Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"UFC Fight Night": Rafael Fiziyevdən əzmkar qələbə - Güclü rəqibini MƏĞLUB ETDİ
Bakıda keçirilən "UFC Fight Night" turnirinin əsas kartında beşinci görüş başa çatıb.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Rafael Fiziyev çilili İqnasio Bahamondesi məğlub edib.
Təmsilçimiz güclü rəqibini 3 raundun yekununda hakimlərin yekdil qərarı ilə üstələyib.
Bakıda keçirilən "UFC Fight Night" turnirinin əsas kartında beşinci görüş başlayıb.
Oxu.Az xəbər verir ki, söhbət təmsilçimiz Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasındakı döyüşdən gedir.
Əsas döyüş kartının ikinci əsas döyüşü hesab edilən bu qarşılaşmaya maraq olduqca yüksəkdir.
Buna bir səbəb R.Fiziyevin doğma divarlar arasında döyüşməsidirsə, digər səbəb isə rəqibinin son üç döyüşdə ilk raunddaca rəqiblərinə nokautla qalib gəlməsidir.
Daha çox foto burada: PhotoStock.az
Təhməz Əsədov
"UFC Fight Night" teqi üzrə xəbərlər
- "Tofiqin şansı Fiziyev qədər deyil" - Bakıdakı UFC turnirində hansı gözlənilməz hadisələr yaşandı?
- Azərbaycanda ilk dəfə UFC turniri keçirilib
- Amerikalı UFC döyüşçüsü arenaya məşhur meyxananın sədaları altında daxil olub
- "UFC Fight Night": Nazim Sadıqov və Nikolas Motta əlavə mükafat qazandılar - 100 min dollar
- Rafael Fiziyev: "İnsanların isti münasibəti mənə qalib gəlməyim üçün əlavə motivasiya verdi"